Ərdoğan Macarıstana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 20-si Macarıstana birgünlük səfərə yollanacaq.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğan səfər zamanı Macarıstanın Baş naziri Viktor Orbanla görüşəcək.

Bununla yanaşı, Türkiyə lideri Macarıstanın Milli bayramı münasibətilə Budapeştdə təşkil olunacaq mərasimdə də iştirak edəcək.