1601453279 recep tayyip erdogan 2222

“İsraillə Türkiyə arasında ticarət əlaqələri, həcmi 9,5 milyard dollara çatan malların dövriyyəsi dayandırıldı”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, İsrail və Fələstin arasında baş verən hadisələrin qəbuledilməz olduğunu bildirib:

“İsrail 40-45 min fələstinlini öldürüb. Müsəlmanlar olaraq baş verənləri sakitcə izləməyimiz mümkün deyildi.  Biz tədbir görməyə məcbur idik və bunu etdik. İsraillə 9,5 milyard dollar dövriyyəmiz var idi, onu dayandırmışıq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: