Ərdoğan işə qarışdı, onlar azad edildi

HƏMAS Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi əsasında Tailand vətəndaşlarını girovluqdan azad edib.

Globalinfo.az xəbər verir ki, bu barədə qruplaşma məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərinə cavab olaraq HƏMAS Qəzza zolağındakı tailandlı girovları sərbəst buraxıb.