Ərdoğanın İraqa tarixi səfərinin vaxtı bilindi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa rəsmi səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Qeyd edək ki, bu, Türkiyə liderinin son 12 ildə İraqa ilk rəsmi səfəri olacaq.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğanın Bağdada nəzərdə tutulan səfəri İraqın şimalında yeni sərhədyanı hərbi əməliyyat ehtimalı ilə bağlı Ankaranın sərt ritorikası fonunda baş tutacaq.