Ərdoğan elan etdi: Zəngəzura görə İrana təzyiqlər olacaq – Safrastyan

“Türkiyədə seçki dövründə Cənubi Qafqaz, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətləri bir qədər unudulmuşdu”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik”ə müsahibəsində erməni türkoloq Ruben Safrastyan danışıb.

Onun sözlərinə görə, artıq seçkidən sonra Ərdoğan Qafqaz istiqamətini yenidən prioritet sahələrdən birinə çevirir:

“Burada Hakan Fidanın XİN rəhbəri təyin edilməsi də olduqca önəmlidir. 2010-cu ildən Türkiyə kəşfiyyatına rəhbərlik etmiş bu şəxs eyni zamanda bir çox vacib və gizli diplomatik tapşırıqları yerinə yetirib”.

“Azərbaycanla münasibətlər Türkiyə üçün böyük rol oynayır. Seçkidə qələbədən sonra Ərdoğanın əvvəl Kipr, sonra Azərbaycana gəlməsi də bunu sübut edir. Türkiyə lideri həmçinin Şuşada konsulluq açmaq istədiklərini bildirdi. Bu mesaja regional kontekstdə baxmaq lazımdır. Bu, Ankaranın Cənubi Qafqazdakı ambisiyalarını qoruyub saxladığını və genişləndirdiyini göstərir”, – ekspert qeyd edib.

O bildirib ki, “Ərdoğanın Zəngəzur dəhlizi problemi Ermənistandan yox, İranda qaynaqlanır” fikri bu ölkəyə təzyiqlərin artırıla biləcəyin göstərib.

Tamerlan Yayaqan
Globalinfo.az