Ərdoğan Baydenlə görüşdü – FOTO / YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçirilən NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Türkiyə prezidenti seçki ilə bağlı təbrik mesajına görə həmkarına təşəkkür edib.

Bildirib ki, strateji mexanizm çərçivəsində indi prezidentlər səviyyəsində məsləhətləşmələrin vaxtıdır. Bu baxımdan indiki görüşü ilk addım kimi qiymətləndirən Türkiyə lideri hazırda yeni prosesə başlanıldığını söyləyib.

“Təbii ki, bu yeni proses mənim üçün 5 illik bir prosesdir, sizin də seçki hazırlıqlarınız var. Bu seçki hazırlığında sizə uğurlar arzulayıram”, – deyə, Ərdoğan qeyd edib.

“Növbəti beş ildə sizinlə görüşməyi səbirsizliklə gözləyirəm”, – deyən Bayden, həmçinin İsveçlə bağlı diplomatiyası və liderliyinə görə Prezident Ərdoğana təşəkkür edib.

Görüş 1,5 saat davam edib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş Litvada keçirilən NATO Sammiti çərçivəsində baş tutub.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın, kommunikasiya direktoru Fahrettin Altun, müdafiə sənayesi prezidenti Haluk Görgün və prezidentliyin baş müşaviri səfir Akif Çağatay Kılıç da iştirak edir.