Ərdoğan Azərbaycan əsilli aktyora vəzifə verdi

Azərbaycan əsilli məşhur aktyor Tamer Qaradağlı Türkiyənin Dövlət Teatrları Baş Müdirliyi İdarəsinə rəhbər təyin olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb və təyinat ölkənin rəsmi qəzetində elan edilib.

Prezidentin qərarı ilə ölkədə bir sıra başqa və vacib vəzifələrə də təyinatlar həyata keçirilib.

T.Karadağlının təyinatı sosial şəbəkələrin Türkiyə seqmentində maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Zaira Akifqızı
Globalinfo.az