Ərdoğan Avropa Komissiyasının sədri ilə görüşüb

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Vilnüsdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə AK sədri fon der Lyayen “Twitter”də məlumat verib.

O, qeyd edib ki, onlar NATO sammiti çərçivəsində Kiyev və Ankaranın taxıl sazişinin uzadılmasına yönəlmiş səylərinə dəstək məsələsini müzakirə ediblər:

“Prezident Ərdoğanla yaxşı görüş keçirdik. Mən Türkiyənin İsveçin NATO-ya qəbulu istiqamətində irəliyə doğru hərəkətini alqışlayıram. Biz həmçinin Aİ-nin Ukrayna və Türkiyənin taxıl sazişinin uzadılması istiqamətində səylərinə davamlı dəstəyini müzakirə etdik”.