Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Netanyahunun ABŞ Konqresindəki çıxışını və İsrailin baş nazirini alqışlayanları tənqid edib. Lakin o, Fələstin liderindən də inciyib.
Globalinfo.az xəbər verir ki, buna səbəb Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasın Türkiyə parlamentində çıxışdan imtina etməsidir.
Məlumata görə, Mahmud Abbas İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresində çıxışının planlaşdırıldığı bir vaxtda Türkiyə parlamentində nitq söyləmək üçün dəvət edilib. Lakin Fələstin tərəfi təklifə dəqiq cavab verməyib.
“Cənab Abbas inciməsin. Amma üzr istəməsi lazımdır. Axı biz onu dəvət etmişdik, amma gəlmədi”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri Netanyahunun ABŞ Konqresindəki çıxışını və İsrailin baş nazirini alqışlayanları da tənqid edib.
“Qırx min günahsız insanın qətlini alqışlayanları görəndə biz də gələcəyimiz üçün narahat oluruq. Kim təminat verə bilər ki, sabah bu məkrli gözlər Anadoluya çevrilməyəcək? – Ərdoğan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az