mahir 1

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniyanın II Bundesliqa təmsilçisi “Kayzerslautern” XXVI turda qələbə qazanıb.

Globalinfo.az xəbər verir ki, doğma meydanda “Karlsrue”ni qəbul edən komanda 3:0 hesablı qələbəyə sevinib.

Mahir Emreli qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının üçüncü qolunu vurub.

Qeyd edək ki, “Kayzerslautern” turnir cədvəlində 40 xalla yeddincidir.

Xatırladaq ki, Mahir Emreli sonuncu qolunu ötən il avqustun 17-də Almaniya Kubokunda “Ayntraxt 1949”un qapısına vurmuşdu.

Paylaş: