Emin Əmrullayev nazir postundan gedir?

Yaxın günlərdə hökumətdə növbəti kadr dəyişikliklərinin ola biləcəyi haqda məlumat yayılıb. İddia edilir ki, ilk olaraq elm və təhsil naziri Emin Əmrullayev nazir postundan gedəcək. Onun Dövlət İmtahan Mərkəzinə (DİM) rəhbər gətiriləcəyi bildirilir.

Globalinfo.az-ın məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə göndərdiyi sorğu cavabsız qaldı.

Xatırladaq ki, bu, E.Əmrullayevlə bağlı ilk belə xəbər deyil. Onun vəzifədən gedəcəyi barədə xəbərlər daha əvvəl də yayılıb.

Mövzunu davam etdirəcəyik…

Zaira Akifqızı
Globalinfo.az