owl detail 620 602e600ed5a0f7c7d64cf673a8ba8e99

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi birləşmələrinin qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) Krasnoarmeysk şəhərinə daxil olduğunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, Zelenski Rusiyanın təxribat-kəşfiyyat qrupları həm Krasnoarmeyskə və qonşu Dobropolye ərazisinə daxil olduğunu açıqlayıb. O iddia edib ki, Ukrayna Silahlı Qüvvələri bu hücumları dəf edir və mövqelərini qoruyub saxlayır.

Rusiya mənbələrinin məlumatına əsasən, iyulun 20-də Rusiya qrupları şəhərə daxil olub və üç gün ərzində Ukrayna hərbçiləri onların çıxarılmasına nail ola bilməyib.

İyulun 31-də isə rus qoşunlarının artıq Krasnoarmeysk şəhərinin mərkəzinə keçdiyi barədə xəbərlər yayılıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: