Hafiz Hacıyevin partiyası ilə bağlı qərar verildi

Ədliyyə Nazirliyi Hafiz Hacıyevin rəhbərlik etdiyi  Müasir Müsavat Partiyasını (MMP) dövlət qeydiyyatına alıb.

Bu barədə Globalinfo.az-a H.Hacıyev özü məlumat verib.

O bildirib ki, nazirlik MMP-nin təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb və müsbət cavab verib.

Partiya sədri 5202 nəfərin qeydiyyata alındığını deyib.

H.Hacıyev partiyası qeydiyyatdan keçən hər kəsi təbrik edib.

Zaira Akifqızı
Globalinfo.az