İranın yeni ali lideri Müctəba Xamenei ölkənin kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətibin ölümü ilə əlaqədar Prezident Məsud Pezeşkiana və xalqa başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.
M.Xamenei qeyd edib ki, itkinin yeri qurum əməkdaşlarının ikiqat səyləri ilə doldurulmalıdır.
“Ölkənin təhlükəsizliyini təmin etmək, daxili və xarici təhdidlərə qarşı durmaq lazımdır”, – deyə ali lider vurğulayıb.
Qeyd edək ki, martın 18-də İsrailin müdafiə naziri İsrael Kats İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətibin öldürüldüyünü açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az