rassmussen

“Avropa Rusiyaya təzyiqi kəskin şəkildə artırmasa, o cümlədən Ukraynanı qorumaq məqsədilə NATO ərazisində qoşun yerləşdirməsə və raketdən müdafiə sistemi və dronlar qurmasa, o zaman Kiyev əbədi müharibə və ərazisinin itirilməsi ilə üzləşəcək”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş NATO baş katibi Anders Foq Rasmussen deyib.

“Ukrayna xalqına Rusiya raketləri və dronlarından müdafiə olunmaq üçün hava qalxanı yaratmaqla kömək etməliyik. Strategiyada ciddi bir dəyişiklik etməsək, əbədi müharibə ilə üzləşəcəyik. Putinin döyüş meydanında qalib gələcəyini düşündüyü halda sülh danışıqlarına qoşulmaq üçün heç bir stimulu olmayacaq. Sürətdə və düşüncə tərzində dəyişiklik lazımdır”, – Rasmussen vurğulayıb

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: