DYP-in istifadəsinə yeni avtomobillər verildi – FOTO

Baş Dövlət Yol Polisi İdarəsinə yeni avtomobillər verilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə bir sıra fotolar paylaşılıb.

Belə ki, “Volvo S90” modeli olan avtomobillər artıq xidməti maşın statusu alıb. Qeyd edək ki, BMW modelindən sonra patrul avtomobilləri “Mercedes” modelinə qismən keçid etmişdi. Həmçinin “Hyundai” və “KİA”nın bəzi modelləri də xidməti avtomobil kimi istifadə olunur.

“Volvo” isə DYP sistemində yenidir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib.

DYP-in istifadəsinə yeni "Volvo" avtomobilləri verilib