Fransız müstəntiqlər Teleqramın təsisçisi Pavel Durovun həbs ediləcəyini bilə-bilə Parisə gəlməsinə təəccübləniblər.
Globalinfo.az xəbər verir ki, bu barədə AFP yazıb.
Qeyd edilib ki, Durov bir müddət əvvəl müsahibəsində həbs olunması versiyasından danışıb. O bildirib ki, həbs ediləcəyi təqdirdə Teleqramın fəaliyyətini davam etdirmək tədbirlər görüb.
Xatırladaq ki, Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb.