“Ukrayna məsələsində “tunelin sonunda işıq” görünür. Lakin Rusiya hədəfləri hərbi yolla həll etməyə çalışır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiya Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxır, lakin Aİ üzvlüyünə etiraz etmir.
Putin əlavə edib ki, referendumlardan sonra Rusiyaya birləşməni dəstəkləyən insanların mövqeyinə hörmət edilməlidir. Çünki bu, demokratiyanın təzahürüdür.
Əliyar Xəlil
Globalinfo.az