Dubnovdan təhdid kimi açıqlama: “İrəvan KTMT-dən çıxsa…”

Ermənistan Rusiyadan uzaqlaşmalıdır, amma KTMT-dən çıxmamalıdır.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Arkadi Dubnov deyib.

“Biz çox yaxşı başa düşürük ki, KTMT İrəvana kömək etmək gücündə deyil və ona hansısa ümid bəsləməyə ehtiyac yoxdur. Ermənistan Baş naziri Nikol Paşinyan “KTMT və Rusiya Ermənistanı satır” ritorikasından çox yaxşı istifadə edir. Bu gün KTMT qulpu olmayan çanta kimidir: onu atmaq çətin, daşımaq isə ağırdır”, – politoloq bildirib.

Dubnov Ermənistanın KTMT-dən çıxmasından dərhal sonra regiondaxili xaos situasiyasının yaranacağını bildirib:

“KTMT-dən ayrıldıqdan sonra hərbi toqquşmalar təhlükəsi artacaq. Çünki amerikalılar, avropalılar və ya NATO ölkələri regiona Ermənistanı müdafiə etmək üçün gəlməyəcəklər. İndi NATO çətinliklə özünü Rusiya-Ukrayna konfliktinə cəlb olunmaqdan qoruyur. Azərbaycanın erməni məsələsini yekun olaraq həll etmək istədiyi vaxtda onlar sizi müdafiə edəcəklərmi? Yox belə bir şey olmayacaq”.

İlkin
Globalinfo.az