scale 1200 11

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Globalinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, hazırda təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.

Yanğının söndürülməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər görülür.

Paylaş: