din 11

Daxili İşlər Nazirliyi antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi olduğu qeyd edilib:

“Bu döyüşlərdə DİN-in hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetirdilər.

Şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur”.

Paylaş: