Seysmoloq açıqladı: Türkiyədəki zəlzələlərin Azərbaycana təsiri varmı?

Türkiyədəki zəlzələ ocaqlarının Azərbaycandakı zəlzələ ocaqlarını oyatma ehtimalı yoxdur. Bu, birmənalı olaraq belədir.

Globalinfo.az xəbər verir ki, bunu “Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti” mövzusunda görüş zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ ocağına ən yaxın məsafə Naxçıvana 712 km-dir: “Bunun da ölkəmizdəki zəlzələ ocaqlarına təsir ehtimalı çox aşağıdır”.