Qarabağda ordumuza qarşı döyüşən keçmiş deputat saxlanıldı

44 günlük müharibədə Ermənistan ordusunun sıralarına qatılaraq Azərbaycana qarşı döyüşən keçmiş deputat Araqats Axoyan saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxınlardan biri, müxalifət nümayəndələrindən Vaaqn Çaxalyan məlumat yayıb.

O bildirib ki, Axoyan sosial şəbəkədə zorakılığa çağırışla bağlı status paylaşmaqda ittiham edilir.

Qeyd edək ki, A.Axoyan Ermənistan müxalifətinin tanınmış nümayəndələrindəndir. O, İrəvandan Qarabağa gələrək 44 günlük müharibədə iştirak etmiş, Azərbaycana qarşı döyüş üçün çağırış kampaniyası aparmışdı.

Ayşən Mustafa
Globalinfo.az