moskva 12

Bakı və İrəvan Rusiyada sülh müqaviləsi üçün yeni görüş keçirilməsi haqqında təklifi qəbul ediblər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, görüşün tarixi haqqında Moskvanın yekun razılıqdan sonra xəbər verəcəyini bildirib:

“Demək istəyirəm ki, bizim Azərbaycan və Ermənistanın sülh müqaviləsinin hazırlanması ilə bağlı hərtərəfli yardımımızla bağlı səylərimiz zəifləmir. Tərəfdaşlar bizim ərazimizdə ikitərəfli danışıqların növbəti raundunun keçirilməsi təklifini qəbul ediblər. Konkret tədbirin tarixi barədə hər şey razılaşdırıldıqdan sonra məlumat verəcəyik”.

Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Rusiyada dekabrda planlaşdırılan, amma baş tutmayan görüşün keçirilməsinə razılıq verdiklərini açıqlayıblar.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: