Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub.
Globalinfo.az “Report”a istinadən bildirir ki, bu posta Vasif Qurbanzadə təyin edilib.
Mədəniyyət Nazirliyindən təyinat xəbərini təsdiqləyiblər: “Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb”.
Qeyd edək ki, Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəzləyib. O bundan öncə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.
A.Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyin olunub.