sahin a

“Sosial şəbəkələrdə oğlumun cansız bədəninin tapılması barədə yayılan xəbər yalandır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qaldığı bildirilən azərbaycanlı tələbə Şahin Vəliyevin anası Esmira Hüseynova deyib.

O bildirib ki, oğlunun dağıntılar altından çıxarılması xəbəri doğru deyil:

“Hazırda qardaşım və dağıntılar altında qalan tələbələrdən biri – Gündüz Nəzərzadənin qardaşı hadisə yerindədirlər. Oğlum və digər tələbələr hələ də dağıntılar altındadır. Onların olduğu yerdə betonu dağıda bilməyiblər. Hadisə yerinə Çin xilasediciləri cəlb olunub. Allahın köməyi ilə sağ-salamat çıxarlar”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: