ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət danışıqlarında yaranan gərginlik fonunda daha bir diqqətçəkən addım atıb.
Globalinfo.az xəbər verir ki, Tramp Ontario gölünün adını qeyri-rəsmi şəkildə “Amerika gölü” olaraq dəyişdirib.
ABŞ lideri videoda Ontario gölünün artıq başqa adla çağırıla biləcəyini deyib. O, markerlə xəritədə “Ontario” sözünün üzərindən xətt çəkərək əvəzinə “Amerika gölü” yazıb:
“Biz ona “Amerika gölü” deyəcəyik. Bunun üçün sadəcə yaxşı bir qələm və bir qədər yaradıcılıq lazımdır”.
Safura Bənnayeva
Globalinfo.az