nazirler kabineti

“Əczaçılıq sektorunun inkişafı ilə əlaqədar Nazirlər Kabinetinin yaratdığı komissiya var”.

Globalinfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Nazir müavini bildirib ki, bu komissiya artıq işçi formada layihə hazırlayıb və hökumətə təqdim edib: “Bu layihə dərmanların dövlət qeydiyyatına alınması ilə bağlıdır. Burada əvvəlki yanaşmadan fərqli olaraq, kifayət qədər ciddi irəliləyişlər var. Ümid edirik ki, bu yaxın gələcəkdə qəbul olunacaq”.

Paylaş: