Ermənilər Azərbaycan post-patrul xidmətinin əməkdaşlarının rus sülhməramlılarının müşayiəti ilə Xankəndidə olduqlarını iddia edirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqramın erməni seqmentində görüntülər paylaşılıb.
Videonun Qarabağda çəkildiyini “Caliber” də təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Ordusunun 19-20 sentyabrda keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı-terrorçu xunta təslim olub.
