“ABŞ-ın Ukraynaya hərbi yardımı Pentaqonun silah ehtiyatlarının azalmasına səbəb olub”.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukraynaya yardım paketinin azalması məhz bununla əlaqədardır.
Rusiyaya qarşı müharibə Ukraynanın silah tələbatını xeyli artırıb. Bu tələb isə ABŞ və Qərb dövlətlərinin hesabına ödəndiyindən, həmin ölkələrə də təsirsiz ötüşmür. Ona görə də, ABŞ Ukraynaya yardım paketini son aylar daha da azaltmağa məcbur qalıb.
“Vaşinqton həm Ukraynanı təchiz etmək, həm də ABŞ-ın ehtiyatlarını artırmaq üçün silah istehsalını çoxaldır. Amma bu proses illərlə çəkəcək və ona görə də, artan tələbatı tez ödəmək mümkün olmayacaq”, – deyə nəşr vurğulayıb.
Qeyd edək ki, Ukraynadakı müharibədən əvvəl ABŞ hər ay təxminən 15 min ədəd 155 mm-lik artilleriya mərmisi istehsal edirdi. Hazırda bu rəqəm ayda 40 minə çatdırılıb. Pentaqona ayda 100 min mərmi hədəfinə çatmaq üçün daha bir il lazım olacaq.
Müşviq Tofiqoğlu
Globalinfo.az