Çinə daha bir zərbə: Elə qərar veriləcək ki…

trmap

“ABŞ Çindən idxal olunan mallara 245 faiz rüsum tətbiq etməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkələrin əksəriyyəti vəziyyəti həll etmək və yeni ticarət müqavilələri bağlamaq üçün artıq danışıqlara başlayıb.

“Lakin Pekin hələ də buna getmir”, – bəyanatda qeyd edilib.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə üçün idxal rüsumlarının yeni sistemini tətbiq edib.

Son olaraq, ABŞ Çinə qarşı tarifləri 145-ə, Çin isə 125 faizə qaldırıb.

Əliyar Xəlil
Globalinfo.az