gorus

Xəbər verdiyimiz kimi, Ukrayna və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüş başlayıb. Bundan əvvəl isə Ukrayna Prezidenti Volodimir Zelenskinin sözügedən ölkəyə səfəri diqqət çəkib.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, danışıqlar Kiyev-Vaşinqton münasibətlərinin perspektivi və Rusiya-Ukrayna müharibəsinin taleyi baxımından həlledici ola bilər:

“Görüş çərçivəsində Ukraynanın mineral sərvətlərinə dair sazişin imzalanması da mümkündür. Amma Kiyev üçün görüşün uğurlu olacağını düşünmürəm. Artıq çox gecdir. Mövcud reallıqlar çərçivəsində sülhə getmək lazımdır. Əks təqdirdə həm torpaq, həm də iqtisadi itkilər artacaq. Vaşinqtonun sülh variantı o qədər də pis deyil. Ukrayna bunu dərk etməlidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: