abs gorus

Ciddədə keçirilən ABŞ-Ukrayna danışıqlarının birinci raundu başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Al-Arabiya məlumat yayıb.

***13:05

Ukrayna və ABŞ nümayəndələri arasında görüş başlayır.

Globalinfo.az xəbər verir ki, danışıqlar Səudiyyə Ərəbistanında keçirilir.

Qeyd olunur ki, görüş Vaşinqtonun Kiyevə gələcək dəstəyinə və Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün istənilən cəhdə böyük təsir göstərəcək.

Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov və Ukrayna Prezidenti Volodimir Zelenskinin baş qərargah rəisinin müavini Pavlo Palisanın daxil olduğu bildirilir .

ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts başçılıq edir.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: