Türk jurnalistin Azərbaycan haqda yazısı Ermənistanı silkələdi – “Səhv etmişik…”

“Sabah” qəzetinin köşə yazarı Yavuz Donatın Azərbaycanla bağlı yazısından sonra CHP lideri Özgür Özəlin ona zəng edib dediyi sözlər erməni mediasında gündəm olub.

Globalinfo.az xəbər verir ki, CHP liderinin “Biz dost və qardaş Azərbaycanımızı incitmişik… Səhv etmişik” deməsini tirajlayan KİV-lər Ermənistanın daha bir potensial tərəfdaşını itirdiyini yazıb.

Xəbərlərdə CHP liderinin ilk xarici səfərini Şimali Kipr və Azərbaycana edəcəyi vurğulanıb.

Qeyd edək ki, CHP-nin sabiq rəhbəri Kamal Kılıçdaroğlu Azərbaycanla bağlı qərəzli açıqlamaları və mövqeyi ilə yadda qalıb.

Xatırladaq ki, bir qədər əvvəl “Sabah”ın köşə yazarı Yavuz Donat CHP lideri Özgür Özəlin ona zəng edərək partiyanın Azərbaycana qarşı mövqeyinin yanlış olduğunu, bunu düzəldəcəklərini dediyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az