Ceyhun Bayramovun məktubu BMT sənədi kimi dərc olundu

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətini davam etdirməsi, o cümlədən Azərbaycan ərazisində minaların yerləşdirilməsi ilə bağlı məktubu BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.

Globalinfo.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Məktubda Ceyhun Bayramov BMT Baş katibi Antoniu Quterreşi Ermənistanı beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə razı salmaq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı bütün hərəkətlərini dayandırmaq, eyni zamanda bu ölkənin qarşılıqlı tanınma və hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulmasında xoş niyyətlə iştirak etməsi üçün rəsmi İrəvanla aktiv təmasda olmağa çağırıb.