Ceyhun Bayramovdan Hakan Fidana cavab: “…əbədi olsun!”

ceyhun hakan

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana 8 Noyabr – Zəfər Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz qardaşım, təşəkkür edirəm!

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun!”