673a1fec107bf673a1fec107c01731862508673a1fec107bb673a1fec107bd

Cəlilabadda piyada keçidinin yola aşmış hissələri kəsilib, hərəkət bərpa olunub.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən yerüstü piyada keçidinin yola aşmış hissələri kəsilib kənarlaşdırılaraq. Yolda sərbəst hərəkət bərpa olunub.

Qeyd edək ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Yük avtomobili yerüstü keçidə çırpılıb, yolda məhdudiyyət yaranıb, nəticədə keçid sıradan çıxıb.

***

Cəlilabadda piyada keçidinin uçması nəticəsində bağlı qalan yol açılıb.

Globalinfo.az xəbər verir ki, Cəlilabad rayonunun Heydər Əliyev prospektində baş verən qəza nəticəsində yeni istifadəyə verilən yerüstü piyada keçidi uçub və həmin istiqamətdə yol bir müddət bağlı qalıb.

Polis əməkdaşları tərəfindən qəza baş vermiş ərazidə nəqliyyatın hərəkət axınının tənzimlənməsi həyata keçirilib. Aidiyyəti qurumlar tərəfindən görülən tədbirlər nəticəsində yolda hərəkət artıq tam şəkildə bərpa olunub.

***

Cəlilabadda qəza nəticəsində piyada keçidi uçub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən iri tonnajlı nəqliyyat vasitəsi yerüstü piyada keçidinin altına dəyib.

Nəticədə keçid aşaraq hissələrə bölünüb. Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb. Qeyd edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Paylaş: