Cəlilabadda iki azyaşlı bacı faciəvi şəkildə öldü

Dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlının meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

X X X

Cəlilabadda iki nəfər kanala düşərək boğulub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, kanalda boğulanların azyaşlı bacılar olduğu bildirilir.

Onlardan biri məktəblidir.

Azyaşlılardan birinin meyiti sudan çıxarılıb.