Cəbhədə vəziyyət pisləşdikcə, Kiyev Rusiyanın mülki hədəflərinə hücum taktikasını tətbiq edib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə deyib.
O, Ukraynanın bir-birinin ardınca ərazi itirdiyini bildirib.
Rusiya Prezidenti qeyd edib ki, Ukrayna mülki hədəflərə zərbə endirmək taktikasını “tətbiq edir”, enerji təchizatını pozmağa və turizm mövsümünə təsir göstərməyə çalışır: “Bu təhdidlərin azaldılması vəzifəsi Müdafiə Nazirliyinin və digər təhlükəsizlik orqanlarının üzərinə düşür. Eyni zamanda Rusiya Federasiyası hökuməti də bu cür hərəkətlərin nəticələrini minimuma endirmək üçün lazımi əlavə tədbirlər görməlidir”.