Çavuşoğlu və Blinken zəlzələ zonasında – VİDEO – YENİLƏNİB

ABŞ dövlət katibi Entoni Blinken türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə zəlzələnin təsir etdiyi Hatay vilayətinə gedib.

Globalinfo.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Çavuşoğlu Adanadakı “İncirlik” bazasına gələn amerikalı həmkarı ilə görüşüb və birgə helikopterlə Hatay şəhərinə gediblər. Onlar şəhərdəki dağıntıları helikopterdən izləyiblər.

***21:33

ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib.

Globalinfo.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bildirilib ki, dövlət katibinin təyyarəsi Adanadakı İncirlik bazasına enib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.

Daha sonra Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə helikopterlə havadan zəlzələ bölgəsinə baxış keçirib.

Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi bildirilib.

Qeyd edək ki, bu, E.Blinkenin dövlət katibi kimi Türkiyəyə ilk səfəridir.