Çavuşoğlu Almaniya Prezidenti ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyada Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə nazir özünün tviter hesabında yazıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə çatdırdıq. Biz Suriya və NATO-nun genişlənməsini müzakirə etdik”, – nazir qeyd edib.