mohiuddin

Pakistanın Ermənistana münasibətində hər hansı hansı dəyişiklik Azərbaycanla məsləhətləşmələrdən sonra mümkün ola bilər.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.

O qeyd edib ki, Pakistanın Ermənistanı tanımamaq qərarı Azərbaycana olan sevgi, hörmət və qardaşlığa əsaslanır:

“Bu, Azərbaycanın yanında olduğumuzun bir göstəricisidir. Üç onillikdir davam edən siyasətimizdə hər hansı dəyişiklik Azərbaycandakı dostlarımızla məsləhətləşmədən sonra mümkün ola bilər”.

Paylaş: