“Avropa İttifaqının (Aİ) Rusiyanın aktivlərini ələ keçirmə cəhdi soyğunçuluqdur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Kreml rəhbəri belə bir təşəbbüsün Avropa üçün ağır nəticələnəcəyini bildirib:
“Bu, Avropa İttifaqının öhdəliklərini artıracaq, Ukraynaya kredit vermək ittifaqın büdcəsinə yük olacaq. Rusiya aktivlərinin müsadirə edilməsi bir çox ölkənin Avrozonaya olan inamını sarsıdacaq. Biz məhkəmələrdə haqqımızı tələb edəcəyik, gec-tez oğurlanan pullar geri qaytarılacaq”.
Əliyar xəlil
Globalinfo.az