
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya kansleri Fridrix Mertzin Yaxın Şərqdəki münaqişə ilə bağlı açıqlamasını ən qorxulu bəyanatlardan biri adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Bu, indiyə qədər eşitdiyim ən dəhşətli ifadə idi”, – Zaxarova bildirib.
Nazirliyin rəsmisi qeyd edib ki, kansler də nasistlərin nəslindəndir.
Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Fridix Mertz İsrail ordusunu dəstəklədiyini, onların Qərb üçün “çirkli işi” həll etdiyini demişdi.
Əliyar Xəlil
Globalinfo.az