“Zəfərin yaratdığı yeni hüquqi, sosial, iqtisadi və təhlükəsizlik reallığının qanunlarını formalaşdırmaq da Milli Məclisin üzərinə düşür”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.
Deputat bildirib ki, Ermənistanla münasibətlər normallaşan kimi onun ardınca gömrük, tranzit, sərhəd ticarəti və digər əlaqələri üzrə geniş hüquqi münasibətlərin zərurəti meydana çıxacaq:
“Sabah sərhədlər açılarsa, hansı gömrük rejimi işləyəcək, tranzit yüklərin hüquqi və sığorta təminatı necə olacaq, yeni mərhələdə enerji xətlərinin, dəmir yollarının, rəqəmsal kommunikasiya şəbəkələrinin və beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyi ön plana çıxır. Təklif edirik ki, Parlamanetin payız sessiyasında “Cənubi Qafqaz: sülh və inteqrasiya” mövzusunda ardıcıl tədbirlər keçirilsin”.
Safura Bənnayeva
Globalinfo.az