“Bu, mənim son seçkilərimdir” – Ərdoğan

“Martın 31-də keçiriləcək Bələdiyyə seçkiləri mənim üçün sonuncu olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mənim üçün bu, finaldır. Bu, qanunla verilən səlahiyyətlər çərçivəsində mənim son seçkilərimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma təhvil veriləcək”.

Qeyd edək ki, Türkiyədə 2023-cü ildə keçirilən Prezident seçkilərində Ərdoğan rəqibi Kamal Kılıçdaroğluna qalib gəlib. O, Türkiyəni daha 5 il idarə etmək hüququ qazanıb.

Əliyar Xəlil
Globalinfo.az