owl detail 620 eeab70417cae47c9bef66145b2d45bfc

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin korrupsiya qalmaqalının fonunda Ukraynaya maliyyə yardımının artırılması çağırışı Avropa İttifaqında ciddi mübahisələr yaradıb.

Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı ən sərt reaksiyalardan biri Macarıstanın Baş naziri Viktor Orbandan gəlib.

Orban Avropa Komissiyasının mövqeyini kəskin tənqid edib:

“Bu, heyrətamizdir. Hərbi mafiyanın avropalı vergi ödəyicilərinin pullarını mənimsədiyi üzə çıxan bir vaxtda Komissiya rəhbəri real nəzarət mexanizmləri və ya ödənişlərin dayandırılmasını tələb etmək əvəzinə, bizdən daha çox pul göndərməyimizi istəyir”, – deyə Orban bildirib.

Macarıstan hökumət başçısı əlavə edib ki, ölkəsi sağlam düşüncəni qoruyur və bu cür tələbləri dəstəkləmək niyyətində deyil.

Tahir Turan
Globalinfo.az

Paylaş: