Salyanda xidməti vəzifəsini yerinə yetirərkən avtomobilin vurması nəticəsində ölən və yaralanan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının son görüntüləri yayılıb.
Globalinfo.az FHN əməkdaşlarının son görüntülərini təqdim edir:
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb. Yanan maşını söndürən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev maşın vurması nəticəsində həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
FHN-dən qeyd olunub ki, Hakim Piriyevin dəfn mərasimi bu gün Salyan rayonunun Şorsulu kəndində saat 13:30-da keçiriləcək. Mərasimdə FHN-in rəhbər şəxsləri iştirak edəcəklər.