Bu, baş versə, Avropada təhlükəsizlik səviyyəsi sıfıra enəcək – Makron

Fransa prezidenti Emmanuel Makron Berlində Almaniya kansleri Olaf Şoltz və Polşanın Baş naziri Donald Tusk ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, tərəflər Ukraynaya kömək üçün vahid yanaşma formalaşdırmağa çalışırlar.

Makron bildirib ki, Ukraynadakı vəziyyət fransızların və bütün avropalıların təhlükəsizliyini təhdid edir. Çünki Rusiya qüvvələri qalib gəlsə, Avropada təhlükəsizlik səviyyəsi sıfıra enəcək.

Almaniya kansleri Olaf Şoltz isə daha ehtiyatlı mövqe ifadə edib. O, Almaniyanın “Taurus” qanadlı raketlərinin Ukrayna ərazisində yerləşdirilməsinin mümkün olmayacağını vurğulayıb.

Qeyd edək ki, son aylar Ukrayna ordusu silah çatışmazlığı ilə üzləşib. ABŞ Konqresindəki sağçı respublikaçılar Ukraynaya 60 milyard dollarlıq hərbi yardım paketinin edilməsinə qarşı çıxdıqdan sonra vəziyyət daha da pisləşib. Bütün bunların fonunda kansler Olaf Şoltzun Kiyevə hərbi yardımı artırmaqla bağlı çağırışları çoxalıb.

Əliyar Xəlil
Globalinfo.az