Britaniya Qırmızı dənizdə husilərin PUA-sını vurdu

Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “Diamond” esminesi Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı tərəfindən Qırmızı dənizdə buraxılan pilotsuz uçuş aparatını (PUA) vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəsarət alanların olmadığı bildirilir.

“Bu hücumlar tamamilə qəbuledilməzdir. Bizim məsuliyyətimiz Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini qorumaqdır”, – məlumatda deyilir